Dekabrın 8-də, saat 17.30-da Aktyor Evində Milli Teatr Festivalının bağlanış mərasimi olacaq. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbat katibi Zöhrə Əliyeva məlumat verib.
Aktyor Evinin foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilib, festival çərçivəsində tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə dəyirmi masalar keçirilib. Festival üç mərhələdə fəaliyyət göstərib. I mərhələ 2010-cu ilin fevral-mart aylarında, II mərhələ aprel-iyun aylarında, III - sonuncu mərhələ isə oktyabr-dekabr aylarında davam edib.
Qeyd edək ki, festival Prezidentin "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında 18 may 2009-cu il tarixli Sərəncama əsasən Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramında respublika və beynəlxalq səviyyəli festivalların, konqreslərin, elmi-praktiki konfransların keçirilməsi nəzərdə tutulub.
Bu proqramın müəyyən bəndlərinin həyata keçirilməsini təmin etmək məqsədilə 2010-cu ilin fevral ayından başlayaraq il ərzində Bakıda Milli Teatr Festivalı keçirilib. Festivalda respublikada fəaliyyət göstərən 27 teatr iştirak edib, tamaşalar respublikanın müxtəlif teatrlarının səhnəsində oynanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB