Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin və Aşıqlar Birliyinin birgə təşkil etdiyi "Sazın Ədaləti, Ədalətin sazı" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir ustad aşıq, əməkdar incəsənət xadimi Ədalət Nəsibovun yaradıcılığına həsr olunub.
Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub bildirib ki, mərasimin keçirilməsində əsas məqsəd Aşıq Ədalətin könlünü şad etmək, həm də bu sənətin ustadlarını xatırlatmaqdır. 22 il əvvəl Dövlət Filarmoniyasında Aşıq Ədalətin 50 illik yubileyinin qeyd olunduğunu xatırladan Zəlimxan Yaqubun sözlərinə görə, tanınmış ustad bu sənəti müxtəlif ölkələrdə təbliğ edib: "Qarabağ şikəstəsi" deyiləndə Xan Şuşinski, "Sona bülbüllər" deyiləndə Qədir Rüstəmov yada düşdüyü kimi, "saz" dedikdə Aşıq Ədalət, "Aşıq Ədalət" dedikdə saz yada düşür. Aşıq sənəti tarixində elə bir aşıq olmayıb ki, Ədalət qədər ona şeirlər həsr olunsun. Aşıq Ədalət sazı nə qədər gözəl çalırsa, şeiri də o qədər gözəl oxuyur, mən Ədaləti "sazın şahı" adlandırıram".
Daha sonra aşıqlardan Fəzail Misginli, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Azər Xanlaroğlu, Ramin Qarayev, Avdı Musayev, İmaməli Budaqov, Cahangir Quliyev, Vüqar Mahmudoğlu, Bəhmən Göyçəli, İlham Astanbəyli, Fazil Təmiri və digərləri çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB