Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb FOTOLAR

Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb FOTOLAR

31-ci Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 9-da başa çatıb. SİA-ya Mədəniyyət Nazirliyindən verilən məlumata görə, uğurlu keçən sərgi müddətində stendimiz maraqla qarşılanıb, ziyarətçilər ölkəmiz haqqında onları maraqlandıran suallara cavab tapıb, milli nəşrlərlə tanış olub, maraqlananlara kitablar, müxtəlif təbliğat materialları hədiyyə edilib. Stendimiz yerli əhali və əcnəbilərlə yanaşı, Moskvada yaşayan soydaşlarımız tərəfindən də ziyarət edilib, maraqla qarşılanıb.

Sərgi çərçivəsində milli stendimizdə Avrasiya Xalqları Assambleyasının Baş Katibliyinin sədr müavini-Layihələr departamentinin rəhbəri Tatyana Fyodorova, Avrasiya Xalqları Assambleyasının Media Mərkəzinin rəhbəri Lyubov Yelkina, Avrasiya Xalqları Assambleyasının Şuralarla iş rəhbəri İrina Polyakova ilə görüş olub. Görüşdə 2018-ci ildə Bakıda keçirilməsi planlaşdırılan ədəbiyyat festivalının təşkili ilə bağlı məsələlər müzakirə olunub, Assambleya tərəfindən layihənin formatının daha da genişləndirilməsi, foruma çevrilməsi kimi təkliflər də irəli sürülüb.

Sərginin yekununda uğurla iştiraka görə milli ekspozisiyamız diplomla mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə