ATMU nümayəndələri İsveçin Royal Texnologiya (KTH) və Uppsala Universitetlərində keçirilən təlimlərdə FOTOLAR

ATMU nümayəndələri İsveçin Royal Texnologiya (KTH) və Uppsala Universitetlərində keçirilən təlimlərdə FOTOLAR

Bakı Biznes Universitetinin Avropa İttifaqı Erasmus+ proqramının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycan Universitetlərində keyfiyyətə təminat mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" layihəsi çərçivəsində ölkəmizin 11ali məktəbinin keyfiyyətə nəzarət mərkəzinin və beynəlxalq əlaqələr şöbəsinin nümayəndələri İsveçin Royal Texnologiya Universitetində (KTH) və Uppsala Universitetində təşkil olunan təlimlərə qatılıblar. SİA-nın məlumatına görə, adıçəkilən universitetlərin rəhbərləri səviyyəsində keçirilən görüşlərdə universitetlərarası əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi məsələləri diqqətdə saxlanılıb.Birhəftəlik təlimlərdə Azərbaycan Turizm və Menecment Universitetini ali təhsil müəssisəsinin layihə koordinatoru,Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova və Keyfiyyətin təminatı və Akkreditasiya şöbəsinin mütəxəssisi Simnar Mamedov təmsil ediblər.

Onu da qeyd etmək lazımdır ki,təlim iştirakçıları tərəfindən Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi məqsədilə aparılan müqayisəli təhlillər İveçin hər iki universitetinin 200 illik təcrübəsi əsasında reallaşıb. Tədbir iştirakçısı F.Ələsgərovanın bildirdiyinə görə təlim çərçivəsində Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması sisteminin strukturu işlənib hazırlanıb. İsveçin milli təhsil sistemi və təhsildə keyfiyyətə nəzarət mexanizmi və qiymətləndirmə meyarları ilə yaxından tanış olmaq imkanı yaranıb. Təhsildə keyfiyyətə nəzarət üzrə müzakirələrin yekun mərhələsində isə universitetlərdə müvafiq mərkəzlərin 2018-2019-cu tədris ilindən tam müstəqil fəaliyyətə başlaması nəzərdə tutulub.İsveçli mütəxəsislər keyfiyyətin təminatı ilə bağlı şəxsi təcrübələrini təlimçilərlə bölüşüblər və Azərbaycan universitetlərində də tətbiqini tövsiyyə ediblər.

Sonda təlim iştirakçılarına Kral Texnologiya Universitetinin sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə