Mənsum İbrahimov: “İstedadlı gəncləri tamaşaçılara təqdim etmək və səhnəyə gətirmək lazımdır” - AÇIQLAMA

Mənsum İbrahimov: “İstedadlı gəncləri tamaşaçılara təqdim etmək və səhnəyə gətirmək lazımdır” - AÇIQLAMA
"Keçən ildə keçirilən "Gəncləşən muğam-2" layihəsi böyük marağa səbəb olub. Məhz buna görə də qərara aldıq ki, bu layihəni yenidən gerçəkləşdirək. Bunu nəzərə alaraq Heydər Əliyev Sarayı eyni layihəni ikinci dəfə təşkil etmək qərarına gəldi. Mən də yenidən layihənin rəhbəri olmaq təklifini böyük məmnuniyyətlə qəbul etdim. Bunu SİA-ya açıqlamasında "Gəncləşən muğam-2" layihəsinin rəhbəri Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, "Şöhrət" ordenli Mənsum İbrahimov bildirib.

Layihənin bədii rəhbəri olan Mənsum İbrahimov qeyd edib ki, budəfəki konsertdə onun 26 tələbəsi və 12 gənc ifaçı çıxış edəcək. Gənc muğam ifaçıları mahnılarını tarda Altay Niftəliyev, Rəşad İbrahimov, Ədalət Behbudov, Rövşən Qurbanov, Rüstəm Müslümov, Nahid Məmmədov, kamançada Araz Ağaverdiyev, Təbriz Yusifov, Pərviz Fərhadov, Elnur Salehov, Ceyhun Muradovun müşayiəti ilə oxuyacaqlar. Sonda isə Mənsum İbrahimov əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədovun (kamança) müşayiəti altında tələbələri ilə birgə çıxış edəcək.

M. İbrahimov onu da vurğulayıb ki, həmin gün çıxış edəcək ifaçılar arasında yeni səslər də var: "Bunlar Səxavət Məmmədovun oğlu Şəhriyar və Vahid Abdullayevin oğlu Validdir. Konsertdə demək olar ki, mənim dərs dediyim sinfin tələbələri olacaq".

Bundan başqa, əməkdar artist Təyyar Bayramov, ifaçılardan Elşad Aydınoğlu, Elnur Zeynalov, Qızılgül Babayeva, Şəmsəddin İbrahimov, Sabir Həsənov, Aksana Aslanova, Rizvan Həsənov, Anar Məmmədov, Aida Əliyeva, Malik Həsənov, Vüqar Musayev, Xəyalə Abdullayeva, Ələkbər Əkbərov, Vahid Abdullayev, Mirpaşa Şükürov, Şəhriyar Səxavətoğlu, Tuqay İsmayılov, Xəyal Əliyev, Şaiq İbayev, Aytən Məhərrəmova, Elgiz Əliyev, Arzu Əliyeva, Günay İmamverdiyeva, Fizzə Mirzəyeva, Ramiz Zeynalov da eyni səhnəni bölüşəcəklər: "Bu layihədə əsas məqsədimiz gənc istedadlara dəstək olmaq, böyük səhnədə ilk addımlarını atmaqda, daha da tanınmalarına yardım etməkdir. Belə istedadları tamaşaçılara təqdim etmək, səhnəyə gətirmək lazımdır. Keçən il olduğu kimi, bu il də bu missiyanı "Gəncləşən muğam" layihəsi ilə davam etdiririk".

Xalq artisti həmçinin bildirib ki, konsertin aparıcısı əməkdar artist Azad Şükürov olacaq: "Bütün tədbir isəAzTV tərəfindən lentə alınacaq. Bu ifaçıların bir çoxu AzTV-nin keçirdiyi muğam müsabiqəsinin laureatı olub. Ona görə də konserti onlar lentə alacaq. Gənc ifaçılara dəstək olduqlarına görə, AzTV-nin və Heydər Əliyev Sarayının rəhbərliyinə öz təşəkkürümü bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə