7 dekabr 2010-cu il tarixdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilən tədbirdə "Amerika Arzularımda" adlı müsabiqənin qalibləri elan olunub. SİA-nın xəbərinə görə, akademiya ilə əməkdaşlıq şəraitində Amerikanın Bakıdakı Səfirliyi tərəfindən təşkil olunan 2-ci illik rəsm müsabiqəsində 52 azərbaycanlı tələbə rəssam iştirak edib. Bu incəsənət əsərləri hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Qalereyasındakı sərgidə (Heydər Əliyev Prospekti 58 ünvanı) nümayiş olunur.
Bu, Amerika Səfirliyi tərəfindən maliyyələşdirilən ikinci rəsm müsabiqəsi və sərgisidir. Ümid edirik ki, bu, uzun müddətli ənənəyə çevriləcək. Bu sərginin məqsədi Birləşmiş Ştatlarla Azərbaycan arasında qarşılıqlı anlayışı dərinləşdirməkdir.
"Ümidvarıq ki, bu növ layihələr Azərbaycanlılara və Amerikalılara biri-birlərini daha yaxşı tanımaq imkanı verəcək. Akademiyanın tələbələri tərəfindən işlənən rəsm əsərləri və heykəltəraşlıq işləri böyük istedad və Birləşmiş Ştatlarlara olan marağı nümayiş etdirir. Biz, Akademiya ilə, xüsusilə də tələbə rəssamlarla tərəfdaş olmaqdan şərəf duyuruq," -deyə Amerika Səfirliyinin səfir müavininin əvəzedicisi Terri Devidson öz məmnunluğunu bildirib.
Sərgi Amerika Səfirliyinin səfir müavininin əvəzedicisi Terri Devidson və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rektoru Ömər Eldarov tərəfindən açılmışdır. Mədəniyyət Nazirliyinin rəsmiləri də tədbirə qatılıb. Sərgi saat 7 yanvar 2011-cu il tarixə kimi 10:00-dan 17:00-dək ictimaiyyət üçün açıq olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB