Alim Qasımovun sənədləri Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub - Açıqlama
Tanınmış muğam ifaçısı, xalq artisti Alim Qasımovun sənədləri Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə qəbul olunub. Bu barədə SİA-ya arxivin direktoru Maarif Teymur açıqlamasında bildirib.
Maarif Teymurov vurğulayıb ki, qəbul olunan sənədlər arasında Alim Qasımovun müxtəlif konsertlərinin afişaları, müsahibələri, jurnalları, fotoları, diplomları, fəxri fərmanları, təşəkkürnamələri var: "Avropa ölkələrindəki səfərlərindən hazırlanan şəkil albomları da diqqəti cəlb edir".
Arxiv direktoru onu da qeyd edib ki, sayı təxminən 500-dən çox olan bu sənədlər hazırda ekspertizadan keçirilir və şəxsi fond açmaq üçün hazırlıq işləri görülür: "2-3 aydır, sənədlərin qəbulu üçün hazırlıq işləri görülürdü. Nəhayət, bu yaxınlarda arxivə qəbul olundu və şəxsi fonda yaradılması üçün hazırlıqlar gedir. Biz bu sənədləri illərlə qoyub saxladığına və təqdim etdiyinə görə Alim Qasımova təşəkkür edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB