“Yay məktəbi”nin yekun tədbiri keçirilib FOTOLAR

“Yay məktəbi”nin yekun tədbiri keçirilib FOTOLAR

Uşaqların ictimai fəallığının artırılması, habelə asudə vaxtlarının səmərəli təşkili məqsədilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Uşaqların sevinci bizim sevincimizdir” devizi altında 2 avqust 2018-ci il tarixində açıq elan edilmiş "Yay məktəbi” bu gün sona çatıb. SİA-nın məlumatına görə, sözügedən layihə uşaqların şəxsi inkişafına, sosiallaşmalarına stimul verilməsi, həyata fərqli baxış və liderlik bacarıqlarının inkişaf etdirilmələrinə şərait yaradılması məqsədi daşıyır. Həmçinin uşaqlar arasında əməkdaşlıq əlaqələrinin güclənməsinə, sosial inteqrasiyanın həyata keçirilməsinə, uşaqların zərərli vərdişlərdən uzaq olmasına və yeni dostlar qazanmasına imkan yaradır.

5 sentyabr 2018-ci il tarixində “Yay məktəbi”nin yekun tədbiri keçirilib. Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Bahar Abasova uşaqlara yay məktəbi çərçivəsində qazanılan biliklərin əhəmiyyətindən bəhs edib. Həmçinin tədbir zamanı uşaqlarla sual-cavab formasında müzakirələr, söhbətlər aparılıb. Mərkəzin əməkdaşları uşaqlara yeni dərs ilində uğurlar arzu ediblər.

Tədbirin sonunda "Yay məktəbi"nin iştirakçıları Heydər Əliyev Mərkəzinin kollektivi ilə xatirə şəkli çəkdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə