“Daxildəki ada” filminin çəkilişlərinə başlanılıb

“Daxildəki ada” filminin çəkilişlərinə başlanılıb

Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Coyote Cinema” MMC-nin birgə istehsalı olan “Daxildəki ada” tammetrajli bədii filminin çəkilişlərinə başlanılıb. Kinostudiyadan SİA-ya bildirilib ki, filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşçu operatoru Orxan Abbasov, quruluşçu rəssamı Elturan Məmmədov, icraçı prodüseri Nadir Əliyev, prodüserləri Müşfiq Hətəmov və Rüfət Həsənovdur.

Filmdə rolları Orxan Tarverdizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və digərləri canlandırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə