Mədəniyyət naziri Qusarda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Qusarda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən 2018-ci ilin sentyabr ayının 21-də saat 11ºº-da Qusar rayon Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, Heydər Əliyev parkı) Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək. SİA-nın məlumatına görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə