Aşıq Şəmşirin anadan olmasının 125 illiyi ilə əlaqədar tədbir keçirilib
2018-ci ildə Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyinin qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti müvafiq Sərəncam imzalayıb.SİA-nın məlumatına görə, bununla əlaqədar olaraq Balakən rayon MKS-nin şöbə və filiallarında silsilə tədbirlər keçirilib. Belə ki, 3 sentyabr 2018-ci il tarixində Balakən rayon Mərkəzi Kitabxanasında Aşıq Şəmşirin 125 illik yubileyi ilə əlaqədar “Soruşuram o dağlardan boran səni üşüdürmü?” adlı ədəbi-bədii gecə keçirilib.
Tədbiri giriş sözü ilə MKS-in direktor müavini M.Cuxova açaraq, aşığın həyat və yaradıcılığına nəzər salmış və onun Azərbaycan şifahi xalq ədəbiyyatının inkişafı istiqamətində gördüyü əvəzsiz işlərdən danışıb.
Tədbirdə “Çeşmə” ədəbi birliyinin Balakən rayonu üzrə nümayəndələri N.Vahid, Ə.Xəlilova, MKS-in filial müdirləri, Heydər Əliyev Mərkəzinin mütəxəssisləri, fəal oxucular və başqaları iştirak ediblər.
Sonda Aşıq Şəmşirin həyat və yaradıcılığından ibarət sərgi və filmə baxış keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB