“Cəbhədən məktublar” sənədli filminin istehsalına başlanılıb- FOTO

“Cəbhədən məktublar” sənədli filminin istehsalına başlanılıb- FOTO
"Salnamə" kinostudiyası Türkiyənin "Vizion" şirkəti ilə birgə yeni bir sənədli filmin istehsalına başlayıb. Bu barədə SİA-ya kinostudiyadan məlumat verilib. Məlumata görə, sənədli film Böyük Vətən Müharibəsi illərində 223-cü Azərbaycan Milli diviziyasının keçdiyi döyüş yoluna həsr olunub.

Filmin ssenari müəllifi Toğrul Vəli, rejissoru Tahir Əliyev, operatoru Elxan Rüstəmovdur. Filmdə orijinal sənədlərdən, foto və kino materiallarından istifadə olunacaq. Çəkilişlər isə Azərbaycan rayonlarında, Moskva və Serbiyada aparılacaq.

Məlumat üçün bildirək ki, şərti adı "Cəbhədən məktublar" olan filmin 9 may – Qələbə Günü ərəfəsində təqdim olunması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə