Bakıda klassik yapon musiqisi səsləndiriləcək

Bakıda klassik yapon musiqisi səsləndiriləcək
Sentyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın klassik musiqi ifaçısı Yosuke İrie şakuhaçi musiqi alətində ifalar səsləndirəcək. SİA-nın məlumatına görə, Mərkəzdən bildirilib ki, milli yapon musiqilərindən ibarət gözəl konsert proqramında hər kəsin iştirak etmək imkanı var. Şakuhaçi bambukdan hazırlanmış nəfəsli musiqi alətidir və Yaponiyada qədim dövrlərdən bəri ifa edilir. Konsertə giriş sərbəst və pulsuzdur.

Bütün xəbərlər Facebook səhifəmizdə