Azərbaycanın caz ustadları konsert veriblər FOTOLAR

Azərbaycanın caz ustadları konsert veriblər FOTOLAR

Azərbaycanın caz ustadları İsfar Sarabski&trio və Şəhriyar İmanov Braziliyaya başlanan turnenin davamı olaraq Rio-de-Janeyro şəhərinin məşhur Blue Note konsert zalında sonuncu konsertlərini veriblər. SİA-nın məlumatına görə, Rio-de-Janeyradakı konsert San Pauloda keçirilmiş üç konsert və bir ustad dərsi kimi yerli auditoriya tərəfində çox böyük maraqla qarşılanıb.

Konsertə Rio-de-Janeyro şəhərin meriyasının nümayəndələri, burada yerləşən Azərbaycan bələdiyyə məktəbinin müəllim və şagirdləri həmçinin yerli caz həvəskarları qatılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Braziliyadakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə həyata keçirilib. Azərbaycan ustadlarının Braziliya turnesi başlayıb və Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Keçirilmiş konsertlər yerli SESC TV kanalı tərəfindən lentə alınaraq ölkənin müxtəlif televiziya və radiolarında il boyu yayımlanacaq. Həmçinin konsertlər albom şəkilində dünya miqyaslı dicital platformalarda yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə