Nazir qədim kilsə binasının vəziyyəti ilə tanış olub FOTOLAR
Avqustun 31-də mədəniyyət naziri Əbülfəs Qarayev Zaqatala rayon Mərkəzi kitabxanasının fəaliyyəti ilə tanış olub. SİA-nın verdiyi xəbərə görə, məlumat verilib ki, əsası 1923-cü ildə qoyulan kitabxana ötən dövr ərzində əhalinin maariflənməsinə öz töhfələrini verib.
Nazir kitabxanada elektron xidmətlərin səviyyəsinin daha da artırılması, kitabxana işçiləri üçün Elmi-Metodiki Mərkəz tərəfindən kursların təşkil olunması haqqında göstəriş verib.
Nazir həmçinin kitabxananın qarşısında yerləşən parkda Zaqatala rayonunda fəaliyyət göstərən sənətkarların əl işlərindən ibarət satış yarmarkasının təşkili barədə müvafiq tapşırıq verib.
Daha sonra Əbülfəs Qarayev Zaqatalada yerləşən rus kilsəsinin tarixi binasına baxış keçirib. Tikilinin vəziyyəti ilə tanış olan nazir XIX əsrdə inşa olunmuş binanın bərpası məqsədilə müvafiq araşdırma aparılmasının, təmir-bərpa işinin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB