Naxçıvanda “Milli geyimlər festivalı” keçiriləcək

Naxçıvanda “Milli geyimlər festivalı” keçiriləcək

Bu il sentyabrın 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Milli geyimlər festivalı” keçiriləcək. Festivalda Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblı xalq mahnıları ifa edəcək, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qruplarının, “Şərur” Xalq Yallı Ansamblının və “Şərur qönçələri” Uşaq Yallı Ansamblının ifasında milli rəqslər və yallılar təqdim olunacaq.

Festivalda müxtəlif geyim və rəsm sərgiləri açılacaq, əl işləri, qədim dövrlərə aid muzey eksponatları nümayiş olunacaq. Xanlıqlar dövrünün saray geyimlərinin nümayişi tədbirə əlavə rəng qatacaq.

Qeyd edək ki, bu günədək “Naxçıvanqala”da “Göycə”, “Plov”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları - bal”, “Ailə təsərrüfatı məhsulları”, “Yallı”, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar” kimi müxtəlif festivallar keçirilib. Bu festivalları minlərlə yerli sakin və əcnəbi turist izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə