"Mədəni fəaliyyətin innovativ metodları" adlı silsilə təlimlər təşkil olunub FOTOLAR

"Mədəni fəaliyyətin innovativ metodları" adlı silsilə təlimlər təşkil olunub FOTOLAR

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilati dəstəyi ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən Mədəniyyət mərkəzləri, mədəniyyət evləri və klublarda çalışan müxtəlif ixtisaslı əməkdaşlar üçün tematik xarakterli silsilə seminar-təlimlər təşkil edilib. SİA-nın məlumatına görə, ümumilikdə 26 müəssisəni təmsil edən 200 nəfərdən artıq iştirakçısı olan təlimlər cari ilin 31 iyul tarixində İ.Əbilov adına Mədəniyyət Mərkəzi, 8 avqust tarixində Badamdar qəsəbə Mədəniyyət evi, 15 avqust tarixində Binə qəsəbə Mədəniyyət Mərkəzi və 28 avqust tarixində isə Şağan Mədəniyyət Mərkəzində təşkil olunmuşlar. Təlimlər müvafiq olaraq “Mədəniyyət müəssisələrinin fəaliyyətində innovativ metodlardan istifadə", “Mədəniyyət müəssisələrinin fəaliyyətində bədii özfəaliyyət kollektivlərinin rolu”, “Mədəniyyət işçilərinin hüquqi maarifləndirilməsi və innovativ metodlar” mövzularına həsr olunub.

Xüsusi olaraq vurğulanmalıdır ki, tədbirlər çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən hazırlanmış metodiki vəsaitlərin təqdimatları da təşkil olunub.

Keçirilmiş tədbirlər çərçivəsində iştirak edən əməkdaşlarla fikir mübadiləsi aparılıb və müzakirələr nəticəsində bir sıra təkliflər səsləndirilib. Belə ki, müzakirə olunan məsələlər sırasında xüsusi olaraq mədəniyyət müəssisələrin fəaliyyətinə yeni yanaşma, müasir forma və üsullardan istifadə yolları, sosial populyarlığı, əməkdaşların peşəkarlığı, məhdud fiziki imkanlı şəxslərlə işin təşkili mexanizmi və digər önəmli mövzular qeyd edilib.

Təqdirəlayiq haldır ki, təlimlər çərçivəsində konkret layihələr müzakirə edilib və onların reallaşma imkanları da müəyyən olunub. Belə ki, dərnəklərin gənclər arasında populyarlığın artırılması məqsədilə onların sosial imicinin artırmasına xidmət edəcək layihələrin ilk növbədə reallaşmasına dair razılıq əldə edilib. Səsləndirilmiş layihə və təkliflər sırasında xüsusi olaraq Maştağa qəsəbə Mədəniyyət Mərkəzi, Korgöz qəsəbə Mədəniyyət evi, İ.Əbilov adına Mədəniyyət Mərkəzi, Suraxanı rayon Mədəniyyət evi, habelə Zirə qəsəbə Mədəniyyət Mərkəzinin əməkdaşlarının fikirləri maraqla qarşılanıb.

Müasir kreativ metodlardan istifadə olunması və qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirən yekun tədbirin iştirakçıları mədəniyyət müəssisələrin sosial imicinin və onların cəmiyyətdə, xüsusilə gənclər arasında, populyarlığının artırılması məqsədilə potensialların səfərbər olmasının vacibliyini bildiriblər.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək sahə üzrə kadrların hazırlanmasında hüquqi maarifləndirmənin əhəmiyyətindən danışıb. O, sahə üzrə mövcud problemlərin həllində müəssisələrin birgə əməkdaşlığının qurulmasının vacibliyini vurğulayıb. Mərkəz olaraq hər zaman təşəbbüsləri dəstəklədiyini, müəssisələr arasında təcrübə mübadiləsinin aparılmasının zəruriliyini bildirib, mədəniyyət müəssisələrinin fəaliyyətində müasir dövrün tələblərini diqqətə saxlamağı və ona uyğunlaşdırmanın zəruri olduğunu qeyd edib. Gənclərin bu sahəyə marağının artırılması, gənc kadrların mədəniyyət müəssisələrini cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə