“Retro-Sevil” yenidən səhnəyə qayıdır

“Retro-Sevil” yenidən səhnəyə qayıdır

Dekabrın 16-da görkəmli caz ustası Vaqif Mustafazadənin ev-muzeyində sənətkarın xatirə gecəsi keçiriləcəkdir. SİA-nın xəbərinə görə, Vaqif Mustafazadənin ev-muzeyindən bildiriblər ki, həmin gün tədbir çərçivəsində "Retro-Sevil" ansamblının çıxışı da olacaqdır. Proqramın bədii rəhbəri məşhur "Sevil" qızlar ansamblının solisti Rəna Talıbovadır.

Xatirə gecəsi ərəfəsində Vaqif Mustafazadə adına mədəniyyət-xeyriyyə fondu tərəfindən muzeyin əsaslı təmiri başa çatdırılmışdır. Əsaslı bərpa işlərinə baxmayaraq, burada Vaqif Mustafazadənin yaşayıb-yaratdığı zamanların ab-havası qorunub saxlanıb. Təmir zamanı muzeyin ekspozisiyası da yenilənmiş, bir neçə təzə eksponat əldə edilib.

Muzeydə 153 foto, 15 afişa, həmçinin kino və videomateriallar, diplomlar, sertifikatlar, val və fotoalbomlar saxlanılır.

Bütün xəbərlər Facebook səhifəmizdə