Bu gün Heydər Əliyev Sarayında dünyaca məşhur kosmetika şirkəti olan "Oriflame"ın illik yekun tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbir "Həyatına rəng qat" devizi altında təşkil edilib.
Konsert proqramına gənc rəqqasların ritmik rəqsləri ilə start verilib. Daha sonra isə tədbirin aparıcıları- tanınmış aparıcı Murad Arif və şirkətin nümayəndəsi olan Şəbnəm şirkətin fəaliyyəti haqqında məlumat verdikdən sonra, səhnəyə "Oriflame"ın Azərbaycandakı ofisinin baş direktoru Serqey Alekseyenkanı dəvət ediblər.
S. Alekseyenka öz çıxışında bildirib ki, şirkət bütün dünyada tanınır. "Bu şirkətin xidmətlərindən istifadə etməklə siz həm pulunuza qənaət etmiş olacaq, həm gözəl görünəcək, həm də özünüzə əminlik hissi yaratmış olacaqsınız. Bizim şirkət bütün insanların xəyallarını gerçəkləşdirir. Onu da qeyd edim ki, "Oriflame" şirkəti dünyada 44, Azərbaycanda isə artıq 12 ildir fəaliyyət göstərir. Buna baxmayaraq bu ölkədə də Azərbaycandakı istifadəçilərimiz mallarımızdan olduqca məmnundurlar", - deyə o əlavə edib.
Daha sonra səhnərə "Can bala" qrupu çıxaraq öz musiqi nömrələri ilə çıxış ediblər. Balaca ifaçıların ardınca isə səhnəyə şirkətin Azərbaycandakı 2 qat brilliant mükafatçıları Fuad və Fatimə Altınbəyovlar, Zaqataladakı qızıl direktorlar- Sona və Yusif Davudovlar şirkət haqqında tamaşaçılara ətraflı məlumat veriblər.
Məlumat üçün bildirək ki, konsert proqramında Heydər Əliyev Sarayında yenicə istifadəyə verilən Led ekrandan da istifadə edilib ki, bunun vasitəsi ilə arxa sırada oturan izləyicilər aydın şəkildə səhnədə baş verənləri izləyə biliblər.
Konsert proqramında bir çox tanınmış müğənnilər- Xəyyam Nisanov, Faiq Ağayev, gürcüstanlı Georgi və başqaları öz ifaları ilə tamaşaçılara xoş əhval-ruhiyyə bəxş ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB