Yuğ Teatrında “...olmaq istəmirəm!”

Yuğ Teatrında “...olmaq istəmirəm!”
Azərbaycan Dövlət Yuğ Teatrında "...olmaq istəmirəm!" yeni tamaşanın məşqləri davam edir. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, tamaşa H.Vidadi İsmayılın "Şair olmaq istəmirəm!" şeirlər kitabı əsasında hazırlanan "...olmaq istəmirəm!"dır.

Tamaşaya rejissor Vidadi Həsənov quruluş verəcək. Səhnə əsəri dekabrın III həftəsində tamaşaçılara təqdim ediləcək. Tamaşanın janrı "Şair olmaq istəmirəm" kitabının peroskopik qiraəti kimi müəyyənləşdirilib.

Qeyd edək ki, "... olmaq istəmirəm!" Yuğ Teatrının sayca 75-ci tamaşasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə