Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində qurbanlar kəsilib

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində qurbanlar kəsilib

Müqəddəs Qurban bayramı ilə əlaqədar ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) tədbir keçirilib.

Bayramla əlaqədar mərkəzin həyətində qurbanlar kəsilib. Daşkənddəki azərbaycanlı kimsəsiz uşaqların da təhsil aldığı 30 saylı internat evinə və 101 saylı fiziki qüsurlu internat məktəbinə, sosial təminatı zəif olan yerli azərbaycanlılara qurbanlar və bayram sovqatları göndərilib.

AMM-in direktoru Samir Abbasov çıxışında Qurban bayramının saflıq, birlik, həmrəylik, mənəvi saflaşmaya xidmət etdiyini söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımızı təbrik etdiyini vurğulayaraq, bu müqəddəs bayram günlərində qurbanların kəsilərək imkansızlara və ehtiyacı olanlara paylanıldığını, şəhidlərimizin nurlu xatirəsinə duaların edildiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə