Türk Filmləri Həftəsinin açılışı Mahsun Kırmızıgülün “Bəyaz mələk” filminin nümayişi ilə başlayacaq- Açıqlama
Dekabrın 13-ü, 14-ü və 15-də Bakıda Türk Filmləri Həftəsi təşkil olunacaq. Bu barədə SİA-ya Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət müşavirinin köməkçisi Nizami Zöhrabi açıqlamasında bildirib.
O bildirib ki, Türk Filmləri Həftəsində "Bəyaz mələk", "I love you", "Nəşəli həyat", "Nəfəs- Vətən sağ olsun", "Əşrəfpaşalılar" filmləri ilk dəfə olaraq pulsuz nümayiş olunacaq.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək Türk Filmləri Həftəsi 2010-cu il, eyni zamanda son illər Türk filmlərinin ən önəmli və çoxsaylı mükafat qazanan filmləri bir araya gətirəcək.
13 dekabrda açılışı keçiriləcək film həftəsi tanınmış rejissor və aktyor Mahsun Kırmızıgülün "Bəyaz mələk" filminin nümayişi ilə başlayacaq. "AYS YAPIM"ın təşkilatçılığı ilə baş tutacaq Türk Filmləri Həftəsi üç gün boyunca Azərbaycan filmsevərləri Türk filmləri ilə bir araya gətirəcək.
Türk Fimləri Həftəsi çərçivəsində göstəriləcək filmlər aşağıdakı vaxtlarda nümayiş olunacaq:
13.12.2010 "Bəyaz mələk" 19.00
14.12.2010 "I love you" 16.30
"Nəfəs- Vətən sağ olsun" 19.00
15.12.2010 "Nəşəli həyat" 16.30
"Əşrəfpaşalılar" 19.00
Məlumat üçün bildirək ki, bütün filmlər Teatr Xadimləri İttifaqında nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB