Berlindəki İçərişəhərə və Qafqaz Albaniyasının mədəni irsinə həsr edilmiş fotosərgi açılıb
Almaniyada keçirilən Azərbaycan Elm və Mədəniyyət Həftəsi çərçivəsində dekabrın 1-də Berlindəki Humbold Universitetində İçərişəhərə və Qafqaz Albaniyasının mədəni irsinə həsr edilmiş "Azərbaycan müxtəlif mədəniyyətlərin təmas nöqtəsidir" adlı sərgi açılıb.
SİA-nın xəbərinə görə, sərginin açılışında Humbold Universitetinin "Azərbaycan tarixi" kafedrasının müdiri, professor Eva-Mariya Aux giriş nitqi söyləyib. O, sərginin qonaqlarına burada nümayiş etdirilən fotoşəkillərin, miniatürlərin və tarixi xəritələrin əhəmiyyəti barədə məlumat verib.
Memarlıq namizədi, Azərbaycan Memarlıq-İnşaat Universitetinin memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının dosenti Səbinə Hacıyeva və Azərbaycan Nazirlər Kabineti yanında "İçərişəhər" tarix-memarlıq qoruğunun idarə rəisi Mikayıl Cabbarov da qısa təqdimat xarakterli çıxışlar ediblər.
Açılış mərasimində hər iki ölkənin alim və diplomatları, Almaniya ictimaiyyətinin və AFR-dəki Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Almaniyada Azərbaycan Elm və Mədəniyyət Həftəsi öz proqramını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB