IV Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində “Karmen” operasının tamaşası keçiriləcək - FOTO

IV Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində “Karmen” operasının tamaşası keçiriləcək - FOTO
Dekabrın 13-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qalina Vişnevskayanın opera mərkəzi solistlərinin iştirakı ilə J. Bizenin "Karmen" operasının tamaşası keçiriləcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, tamaşa IV Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində həyata keçiriləcək.

Tanınmış rusiyalı vokalçılar, beynəlxalq müsabiqələrin qalibləri Alina Şakirova (Karmen), Oleq Dolqov (Xoze), Anastasiya Privoznovaya (Mikaella) ilə yanaşı, tamaşada həmçinin Rusiya Dövlət Akademik Böyük Teatrının solisti - həmyerlimiz Elçin Əzizov da (Eskamilio) çıxış edəcək.

Opera tamaşasını tanınmış rusiyalı dirijor Yaroslav Tkalenko idarə edəcək. Tamaşanın quruluşçu rejissoru İvan Popovskidir.

Bütün xəbərlər Facebook səhifəmizdə