Sabit Rəhmanın 100 illiyi qeyd ediləcək

Sabit Rəhmanın 100 illiyi qeyd ediləcək

Dekabrın 7-də M. F. Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Sabit Rəhmanın 100 illiyi ilə əlaqədar tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan "Sabit Rəhman - 100. Biblioqrafiya" kitabının təqdimat mərasimi keçiriləcək.

Tədbirdə biblioqrafiya ilə yanaşı, həm də filologiya elmləri doktoru Bədirxan Əhmədovun qələmə aldığı "Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı" kitabı da təqdim olunacaq.

Yubiley tədbirində Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, tanınmış yazıçılar, sənət adamları, kinematoqrafçılar və yubilyarın qohumları iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə