Ramiz Heydərin “Mən- Bakı neftçisiyəm” kitabının təqdimat mərasimi keçirilib- FOTO
Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair Ramiz Heydərin "Mən- Bakı neftçisiyəm" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri ilk olaraq xalq şairi Fikrət Qoca açaraq bildirib ki, şairin həyatı neftçilərlə bağlı olub: "O, bəstəkar Cahangir Cahangirov ilə neft mədənlərində qonaq olub. Neft mövzusunda yüzlərlə şeir- musiqi mətni yazıb. Azərbaycan yazıçıları ilə dəfələrlə Neft Daşlarına gedib neftçilər qarşısında şeirlər oxuyub. R. Heydər həmçinin bir neçə dəfə Sibirdə olub ki, orada çalışan azərbaycanlı neftçilərlə, o cümlədən, Sibir neftini kəşf edən həmyerlimiz Fərman Salmanovla da görüşüb".
Kitabın ön sözünü xalq şairi Nəriman Həsənzadə qeydə alıb. N. Həsənzadə ön sözdə bildirib ki, kitabda oxuculara təqdim olunan şeirlərin bir çoxu ünvanlı şeirlərdir- ayrı-ayrı şəxslərə, neftçilərə həsr olunub, onların həyatından, fəaliyyətindən bəhs edir: "Bu qəhrəmanların hər birinin özünə məxsus xüsusiyyəti, həyat tərzi, obrazı var, biri digərindən tamam fərqlənir".
Daha sonra tədbir şair haqqında çıxışlarla davam edib.
Məlumat üçün bildirək ki, şair səhhətində nasazlıq hiss etdiyindən tədbirə gələ bilməyib.
Qeyd edək ki, kitabın üz qabığında və içərisində xalq rəssamı Tahir Salahovun rəsm əsərləri verilib. Kitab 1000 tirajla çap olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB