Bəstəkarlar İttifaqında Friderik Şopenin 200 illiyinə həsr olunan konsert keçiriləcək
Dekabrın 9-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda dahi Polşa bəstəkarı Friderik Şopenin 200 illiyinə həsr olunan konsert keçiriləcək. Bu barədə SİA-ya ABİ-nin mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu məlumat verib.
Konsertdə pianoçu-virtuozların İsveçrədə keçirilən müsabiqəsinin I mükafatının sahibi, Bakı Musiqi Akademiyasının dosenti Elnarə Kəbirlinskaya ifa edəcək.
Konsertdə həmçinin tanınmış vokalçı, Respublikanın əməkdar artisti Gülnaz İsmayılova, Beynəlxalq müsabiqə laureatı, Prezident təqaüdçüsü Ceyla Seyidova (violino) da çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB