Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinə start veriləcək
Dekabrın 6-da, saat 14.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və pianoçuların "Fortepiano Qara Qarayev yaradıcılığında" I Beynəlxalq elmi-ifaçılıq konfransına start veriləcək. SİA-nın məlumatına görə, tədbirlər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 və akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunub.
Bu irimiqyaslı layihənin müəllifi, Azərbaycanın əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovdur. İştirakçılar arasında beynəlxalq müsabiqələrin qaliblərinin və milli mükafatların sahiblərinin olması keçiriləcək müsabiqənin yüksək səviyyəli olmasından xəbər verir. Müsabiqənin müsbət cəhəti isə ABŞ, Rusiya, Gürcüstan, Türkiyə, Qırğızıstan, Küveyt, Tatarıstan, Özbəkistan və Türkmənistandan olan pianoçular sayəsində Qara Qarayevin fortepiano musiqisinin interpretatorları və tədqiqatçılarının sayının artması olacaq.
Müsabiqə və konfransın 2010-cu ili Mədəniyyətlərin beynəlxalq yaxınlaşması ili elan edən YUNESKO-nun himayəsi altında keçirilməsi ilə əlaqədar olaraq, müsabiqənin şərtlərindən biri iştirakçılar tərəfindən Qara Qarayevin əsərləri ilə yanaşı öz ölkələrinin əsərlərini də ifa etmələridir.
Müsabiqə və konfrans Bakı Musiqi Akademiyasının Qara Qarayev adına Böyük zalında və konfrans zalında keçiriləcək. Birinci qrup iştirakçılar üçün 10-16 yaş həddi, ikinci qrup üçün 17-30 yaş həddi müəyyən olunub. Konfrans iştirakçıları üçün isə yaş həddi müəyyən edilməyib. Müsabiqə iki turdan ibarətdir: birinci turda iştirakçılar ifa edəcəkləri əsərlərin obraz və emosiya cəhətdən məzmununu, əsərə qarşı şəxsi münasibətlərini və nöqteyi-nəzərlərini, ifa interpretasiyası məsələlərini əks etdirən məruzə ilə çıxış edəcək, ikinci turda isə həmin musiqi əsərlərini ifa edəcək.
İştirakçıların çıxışlarını Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli (sədr), prorektor Oqtay Abbasquliyev, BMA məktəb-studiyasının direktoru Tərlan Seyidov (sədr müavini və layihənin müəllifi), Kazan Konservatoriyasının rektoru Rubin Abdullin, Moskva Konservatoriyasının prorektoru Aleksandr Bonduryanskiy, San-Xose Universitetinin professoru Namiq Sultanov, Eskişehir Konservatoriyasının professoru Zöhrab Adıgözəlzadə, İstanbul Universitetinin Mədəniyyət və İncəsənət Mərkəzinin fortepiano şöbəsinin müdiri Züleyxa Bağırova, həmçinin BMA-nın fortepiano fakültəsinin dekanı Nərminə Quliyeva, məktəb-studiyanın fortepiano şöbəsinin müdiri Aişə Əliyeva və Bakı Musiqi Akademiyasının məktəb-studiyasının direktor müavini Sevda Məmmədova (məsul katib) qiymətləndirəcək.
Müsabiqənin laureat və diplomantları pul mükafatları və Bəstəkarlar İttifaqının, Azərbaycan musiqi xadimləri İttifaqı və digər təşkilatların xüsusi mükafatlarına layiq görüləcək. Elmi-ifaçılıq konfransının bütün iştirakçılarına sertifikatlar veriləcək.
Forumun təntənəli açılış mərasimində BMA-nın dosenti Mədinə Tuayevanın ssenarisi əsasında çəkilmiş "Söz və Musiqi" filmi nümayiş etdiriləcək. Film BMA-da işlənib-hazırlanan elmi-ifaçılıq müsabiqəsi və konfransların tarixini əks etdirir.
Dekabrın 10-da qaliblərin mükafatlandırma mərasimi və son konsert proqramı baş tutacaq. Forum bitdikdən sonra keçiriləcək dəyirmi masada Q.Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və konfransının nəticələri müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB