“Qırmızı bağ” adlı müştərək film çəkilir

“Qırmızı bağ” adlı müştərək film çəkilir
Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" kinostudiyası Rusiyanın "Weit Media" şirkəti ilə birgə "Qırmızı bağ" adlı tammetrajlı bədii filmin istehsalına başlanılıb. Kinostudiyadan SİA-ya verilən məlumata görə, filmin çəkiliş prosesi 2011–ci ilin yaz–payız aylarında Şəkidə aparılacaq.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu operator Maksim Drozdov, quruluşçu rəssam Vladimir Trapeznikovdur.

Məlumat üçün bildirək ki, filmdəki hadisələr Azərbaycanın əyalət şəhərlərindən birində baş verir. Filmdə orta məktəb muəllimi Abbasla onun həyat yoldaşı Vəfanın məişət qayğılarından bəhs olunur. Onların qarşısına Orxan adlı kimsəsiz uşağın cıxması ilə hadisələr kökündən dəyişir. Bundan sonra bu üç nəfərin yaşayışı ölüm və həyat uğrunda bir mübarizəyə çevrilir.

Qeyd edək ki, filmin 2012–ci ildə hazır olacağı planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə