İordaniyada Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılışı olub
İordaniya Haşimilər Krallığında Azərbaycan Mədəniyyət Günlərinin rəsmi açılışı olub.
SİA-nın xəbərinə görə, Əmman şəhərində keçirilən təntənəli mərasimdə hər iki ölkənin mədəniyyət nazirləri, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İordaniyanın mədəniyyət naziri Nəbih Şakum Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm hadisə kimi dəyərləndirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın zəngin qədim mədəni irsinin olduğunu və müasir mədəni inkişafı özündə təcəssüm etdirdiyini diqqətə çatdırmış, müsəlman Şərqində ilk operanın məhz Azərbaycanda yarandığını qeyd edib.
Ə.Qarayev mədəni əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyini, bununla bağlı yaxın üç ildə əməkdaşlığa dair proqramın hazırlanacağını diqqətə çatdırıb.
Rəsmi hissədən sonra Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər.
Mədəniyyəti günləri çərçivəsində İordaniyanın Əmman və Zarka şəhərlərində Azərbaycan incəsənət xadimlərinin iştirakı ilə konsert, foto və kitab sərgiləri keçiriləcək.
Tədbir dekabrın 3-dək davam edəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB