Toxuduğu bir incidir, ölkəmizdə birincidir – “Azərxalça”nın İsmayıllı filialından FOTOLAR

Toxuduğu bir incidir, ölkəmizdə birincidir – “Azərxalça”nın İsmayıllı filialından FOTOLAR

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 10 filialı fəaliyyət göstərir. Bu filiallardan biri də İsmayıllı rayonunda yaradılıb. “Azərxalça” ASC-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, digər filiallar kimi İsmayıllıdakı xalça emalatxanası üçün də müasir bina inşa olunub, toxuculara yüksək iş şəraiti yaradılıb. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Şirvan qrupuna aid xalçalar toxunur. “Azərxalça”nın İsmayıllı filialından fotolar təqdim edirik.

Bütün xəbərlər Facebook səhifəmizdə