Xalq artisti əlbəyaxa davaya çıxdı VİDEO

Xalq artisti əlbəyaxa davaya çıxdı VİDEO

Nizami Kino Mərkəzində Kino günü ilə bağlı keçirilən tədbirdə qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, tədbirin sonunda xalq artisti Oqtay Mirqasımovla rejissor Yavər Rzayev arasında əlbəyaxa dava olub.

Davaya səbəb Yavər Rzayevin çəkdiyi film olub. Belə ki, tədbirin sonunda rejissorun milli kinonun keçdiyi yolu əks etdirən sənədli filmi nümayiş olunub. Filmdə Oqtay Mirqasımovun filmləri yer almadığı, eyni zamanda, ekran işində yanlışlığa yol verildiyi üçün qarşı tərəf qəzəblənib. Arxa qapıdan dəhlizə çıxan rejissorlar əlbəyaxa davaya çıxıblar. Onları xalq artisti Şəfiqə Məmmədova və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov ayırmağa çalışıb.

Sözügedən görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə