Cəmil Quliyev: "“O olmasın, bu olsun”, “Arşın mal alan”, “Mehman” filmlərinin fotoları Film Fondunun arxivinə təqdim olunub" - AÇIQLAMA

Cəmil Quliyev: "“O olmasın, bu olsun”, “Arşın mal alan”, “Mehman” filmlərinin fotoları Film Fondunun arxivinə təqdim olunub" - AÇIQLAMA
Azərbaycan kinosunun şah əsərlərindən sayılan "O olmasın, bu olsun" filminin çəkilişlərindən olan unikal fotolar Dövlət Film Fonduna təqdim olunub. Bu barədə SİA-ya Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev açıqlamasında bildirib. O vurğulayıb ki, fotoları fonda kinorejissor Ələkbər Muradov verib.

C. Quliyev həmçinin bildirib ki, Ələkbər Muradov nəinki "O olmasın, bu olsun" filminin fotoloranı fonda verib, eləcə də "Arşın mal alan", "Mehman" (Qanun naminə) filmlərinin də fotolarını arxivimizə təqdim edib.

Qeyd edək ki, dahi Üzeyir Hacıbəyovun musiqili komediyası əsasında rejissor Hüseyn Seyidzadənin quruluş verdiyi "O olmasın, bu olsun" filmi 1956-cı ildə ekrana çıxıb. Filmdə Əliağa Ağayev, Tamara Gözəlova, Arif Mirzəquliyev, Ağasadıq Gəraybəyli, Barat Şəkinskaya, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov və digər məşhur aktyorlar iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə