“Şöhrət” ordeninə layiq görülən Ramiz Əzizbəyli: "Çox sevincliyəm" AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev kino xadimlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Fəxri ad alan kino xadimləri sırasında xalq artisti Ramiz Əzizbəyli də var. “Şöhrət” ordeninə layiq görülən aktyor sevincini SİA ilə bölüşüb: "Cənab Prezident İlham Əliyevə məni “Şöhrət” ordeni ilə təltif etdiyi üçün ona minnətdaram. Bu fəxri ada layiq görüldüyümə görə çox sevincliyəm. Xüsusi ilə qeyd edim ki, ölkə başçısı Azərbaycan kinosuna və mədəniyyət xadimlərinə hər zaman diqqət göstərib. Prezident İlham Əliyev kinomuzun günü-gündən inkişaf etməsi üçün əlindən gələni əsirgəmir, öz dəstəyini göstərir".
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB