“Qısametrajlı bədii film layihələri müsabiqəsi”nin nəticələri müəyyən edilib

“Qısametrajlı bədii film layihələri müsabiqəsi”nin nəticələri müəyyən edilib

Kinematoqrafiya sahəsində çalışan gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, milli-mənəvi və ümumbəşəri dəyərləri kino vasitəsi ilə təbliğ etmək məqsədilə Mədəniyyət Nazirliyinin elan etdiyi “Qısametrajlı bədii film layihələri müsabiqəsi”nə yekun vurulub.

SİA-nın məlumatına görə, müstəqil prodüser mərkəzləri tərəfindən müsabiqəyə təqdim edilmiş 24 layihə arasından aşağıda qeyd olunan 4 layihə münsiflər heyəti tərəfindən qalib olaraq seçilib:

“Protez” layihəsi – “CNF production”
“Estakadada” layihəsi – “Narimanfilm”
“Naməlum dahi” layihəsi – “Bravo Studio”
“Salam” layihəsi – “Zen Film”
Qalib layihələrin Mədəniyyət Nazirliyinin sifarişi ilə onları təqdim etmiş şirkətlər tərəfindən “Azərbaycanfilm” kinostudiyasının bazasında istehsalı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə