Həsənağa Sadıqov hələ ölməyib

Bir neçə musiqi alətinin mahir ifaçısı kimi tanınan əməkdar artist və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqovun səhhəti tamamilə pisləşib. SİA-nın məlumatına görə, bir neçə saat bundan öncə aparıcı Hacı Nuran məlumat yayaraq sənətçinin artıq vəfat etdiyini bildirmişdi: “Çox heyf. Bu dəqiqə Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqov dünyasını dəyişdi. Böyük sənətkarımızı itirdik. Allah rəhmət eləsin”.

Hacı Nuran daha sonra statusuna əlavə edərək yazıb ki, aldığı son məlumata əsasən, Həsənağa Sadıqovun nəfəsi qayıdıb: "Oğlu Elşəndən aldığım son məlumata görə, nəfəsi gedib-gəlir, can üstündədir".

Qeyd edək ki, 67 yaşlı Həsənağa Sadıqov bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir.

Bütün xəbərlər Facebook səhifəmizdə