Nazir: "Qəbələ Beynəlxalq Musiqi Festivalına maraq ildən-ilə daha da artır"
X Qəbələ Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondunun təşkilatçılığı ilə artıq öz işinə başlayıb. İldən-ilə bu festivalın səviyyəsi, tamaşaçılar tərəfindən ona göstərilən diqqət və maraq artmaqdadır. İlk illərdə bu təşəbbüs irəli sürüləndə kimsə düşünmürdü ki, dünya musiqisi cədvəlində Qəbələ adı belə möhkəm həkk olunaraq böyük tamaşaçı auditoriyasının diqqətini çəkəcək. SİA-nın məlumatına görə, bu sözləri festivalın açılış mərasimində jurnalistlərə müsahibəsində mədəniyyət naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, ötən illər ərzində şəxsən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın himayəsi, dəstəyi və təşkilatçılığı sayəsində dünya miqyasında ən tanınmış musiqi kollektivlərinin Qəbələyə gəlməsinə imkan yaranıb. London, Yohanesburq, İsrail, Rusiya, Fransa, İtaliya və digər ölkələrin aparıcı musiqi kollektivləri Qəbələyə gəlib. “Hesab edirəm ki, bu, öz-özlüyündə bir göstəricidir. İlbəil genişlənən beynəlxalq auditoriya məhz Qəbələyə mədəni turizm məqsədləri üçün gəlməkdədir və bu, bizi olduqca sevindirir”, - deyə Əbülfəs Qarayev qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB