Milli kinomuzun inkişafında xidmətləri olan sənət adamlarının məzarı ziyarət edilib FOTOLAR
Ölkəmizdə hər il avqustun 2-si kino işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu ilə həm də, kino işçiləri üçün ikiqat bayramdır. Belə ki, bu il Azərbaycan kinosu yaradılmasının120 illiyini qeyd edir. Azərbaycan kinosunun 120 illiyi ölkə bacısının müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunmaqdadır. SİA-nın məlumatına görə, bu münasibətlə avqustun 1-də C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının kollektivi Fəxri xiyabana gələrək tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə milli kinomuzun inkişafında mühüm xidmətləri olan görkəmli sənət adamlarının məzarını ziyarət edib, abidələri önünə tər güllər düzüblər.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB