Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı FOTOLAR

Qəbələ Beynəlxalq Musiqi Festivalında möhtəşəm kamera musiqisi axşamı FOTOLAR

X Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq ikinci gündür musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir. SİA-nın məlumatına görə, festival çərçivəsində axşam saatlarında Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında tamaşaçılara növbəti konsert proqramı təqdim olunub. Kamera musiqisi həvəskarları qarşısında bu dəfə festivalın bədii rəhbərləri, dünya şöhrətli musiqiçilər Fərhad Bədəlbəyli (piano) və Dmitri Yablonski (violonçel, İsrail, ABŞ), həmçinin Janna Qandelman (violin, İsrail), Annel Greqori (violin, ABŞ), Olqa Yermakova (piano) və Şükür Səmədov (klarnet) çıxış ediblər.

Konsertdə Sergey Raxmaninovun “Romans lya-minor”, Anton Rubinşteynin “Violin və fortepiano üçün 3 nömrəli sonata”, Reynqold Qilerin “Violin və violonçel üçün 8 duet”, İohannes Bramsın “Klarnet, violonçel və fortepiano üçün trio” əsərləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə