“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Qaçqın və məcburi köçkün bölgələrindən olan ustad aşıqlara məxsus dastançılıq ənənəsinin qorunması” layıhəsi çərçivəsində Göygöl şəhərində tədbir keçirib.
Göygöl rayon Aşıq Şamşir adına müsiqi maktabinin direktoru Nurana xanım Aliyeva bildirib ki, bu gün Azərbaycanın dünyanın ən zəngin folklor sərvətlərindən birinə sahib olduğu bütün dünyaya bəllidir. Dastanların bir çoxu sovetlər dönəmində və müstəqillik dövründə lentə alınmışdır. Lakin bu dastanlar artıq folklorşünasların öyrəndikləri və topladıqları materiallara əsaslandığından, onların toplaya bilmədikləri müxtəlif dastanlar bu gün çox az sayda dastançı aşıqların ifasında qalsa da, yazıya və lentə alınmamışdır. Hazırda yetişməkdə olan gənc aşıqlar arasında dastançı aşıq ənənəsi tamamilə itməkdədir.
Dastan söyləmək, dastanı gələcək nəsillərə ötürmək missiyasını indi ahıl yaşda olan aşıqlar yaşatmaqdadır. Əgər indi qaçqın və məcburi köçkün bölgələrindən olan bəzi ahıl aşıqların ifasında səslənən dastanlar yazıya alınmazsa, onlar itmək təhlükəsi ilə üz-üzə qalacaq və bu bölgələrin dastançılıq ənənəsi itib gedəcəkdir.
Digar cıxış edənlər də, Aşıq sənətinin xalqımızın mədəni tarixinda mühüm yeri olduğunu vurğuladılar va bu sənətə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azarbaycanın 1-çi vitse Prezidenti, ölkənin birinci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi qayğısından bəhs etdilar.
Bildirdilar ki, məhz Mehriban xanım Əliyevanın sayəsində aşıq sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilib. Cıxış edan ziyalılar bu cür layihələrin həyata keçrilməsinin xüsusi əhəmiyətindən bəhs etdilər və bu kimi layihələra verdiyi dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına minnətdarlığlarını bildirdilar.
Tədbirin sonunda ustad aşıq Fətulla Göyçəlinin ifasında sazda xalq dastanlarından nümunələr səsləndirildi va ganç aşıqlara dastanlarımız haqqında malumat verildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB