Xalq artisti ilə vida mərasiminin yeri bəlli oldu

Xalq artisti ilə vida mərasiminin yeri bəlli oldu

Xəbər verdiyimiz kimi, xalq artisti, bəstəkar Xəyyam Mirzəzadə vəfat edib. Mərhumla vida mərasimi bu gün Bakı Musiqi Akademiyasında keçiriləcək.

Bu barədə SİA-ya Mədəniyyət nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov məlumat verib. O bildirib ki, bəstəkarla vida mərasimi sabah saat 12-dən 14-dək davam edəcək.

Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.

Qeyd edək ki, X.Mirzəzadə II Fəxri Xiyabanda dəfn olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə