MEMM-in əməkdaşları təlimdə iştirak ediblər FOTOLAR

MEMM-in əməkdaşları təlimdə iştirak ediblər FOTOLAR

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları əməyin mühafizəsi üzrə ekspert Esmira Axundovanın təqdimatında təlimdə iştirak ediblər. SİA-nın məlumatına görə, təlim zamanı müəssisə (ofis) şəraitində baş verə biləcək müxtəlif fövqəladə hallarda əməkdaşlar tərəfindən görülməli tədirlər barədə maarifləndirici treninq keçirilib, müəssisədə əməyin mühafizəsinin yüksək səviyyədə təşkili, həmçinin sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması haqqında məlumat verilib.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, Mərkəzin əməkdaşlarının səsləndirdiyi suallar ekspert tərəfindən cavablandırılıb.

Sonda Mərkəzin direktoru Asif Usubəliyev ekspert Esmira Axundovaya öz təşəkkürünü bildirib, bu istiqamətdə aparılan maarifləndirmə işinin əhəmiyyətini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə