Türkiyədə azərbaycanlı yazıçı Eyvaz Zeynalovun iki kitabı nəşr edilib
Türkiyənin nüfuzlu yayın şirkətlərindən olan “Ferfir” tanınmış tanınmış azərbaycanlı yazıçı Eyvaz Zeynalovun iki kitabını nəşr edib. SİA-nın verdiyi məlumata görə, müəllifin “İntiqam” romanı və “Köhnə velosiped” hekayələr toplumu Ömər Küçükmehmetoğlunun tərcüməsində türkdilli oxucuların görüşünə gəlib.
Qeyd edib ki, hər iki kitabın ön söz müəllifi tərcüməçidir. Tərcümə etdiyi əsərlərin türkdilli oxucular tərəfindən böyük sevgi ilə qarşılanacağına əmin olduğunu ifadə edən Ömər Küçükmehmetoğlu müəllif barədə də ətraflı məlumat verir. O, diqqətə çatdırır ki, Eyvaz Zeynalov vətəninə, elinə və xalqına bağlılığını bütün yaradıcılığında tərənnüm etməyə müvəffəq olan bir nasirdir.
Özünəməxsus yaradıcılıq üslubu ilə daim oxucuların diqqətində olan Eyvaz Zeynalovun əsərlərinin Anadolu türkcəsinə tərcümə edilməsi təsadüfi deyil. Yazıçının yaradıcılığının ana xəttində real hadisələr dayanır. O, məhz həyat hekayələrini bədii əsərə çevirməklə oxucunu düşünməyə, pisdən uzaq olmağa, həyatda baş verənlərdən ibrət götürməyə sövq edir.
Qeyd edək ki, İstanbulda fəaliyyət göstərən “Ferfir” yayınçılığının nəşrləri Türkiyənin əksər kitab mağazalarında satışa çıxarılır. Bundan başa, Türkiyənin böyük kitabxanaları “Ferfir”ə abunədir.
“Ferfir”in aylıq nəşri olan “Temrin” jurnalı Azərbaycan ədəbiyyatının tanınmasına, eləcə də yazıçı və şairlərimizin türk dünyasında təbliğ edilməsinə böyük diqqət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB