Mərhum xalq artisti Səyavuş Aslanın oğlu atasının məzarından foto paylaşıb. Kult.az xəbər verir ki, xalq artistinin kiçik oğlu Eldar Aslan Bakıya səfərində atasının qəbrini ziyarət edib. Uzun illərdir Türkiyədə yaşayan və orada işləyən E.Aslan atasının məzarını ziyarət etməklə yanaşı, foto da çəkdirib.
E.Aslan mərhum sənətkarın məzarından fotonu “Sənin vaxtında insanlar da fərqli idi, bircə sonra nə olacağını bilsəydin” sözləri ilə paylaşıb. Xatırladaq ki, xalq artisti, “Şərəf” ordeninə layiq görülmüş Səyavuş Aslan 27 iyun 2013-cü ildə 78 yaşında dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB