Sentyabrın 22-də Heydər Əliyev Sarayında ilk dəfə olaraq “Brodvey muzikıl” təqdim olunacaq. Sarayın mətbuat xidmətindən SİA-ya bildirilib ki, teatr, musiqi, mahnı və rəqslərlə dolu, inanılmaz sevgi, sadiqlik, bütün sınaqlardan keçmiş və möcüzələr yaradan incəsənət bir arada təqdim olunacaq. Dünya premyerası çərçivəsində təqdim olunacaq müzikldə Nyu-Yorkın beş ən uğurlu və məşhur səhnəcikləri də canlı şəkildə göstəriləcək.
Muziklın rejissoru Pol Qordon Emerson (ABŞ), xoreoqrafı Filip Baraoidan (ABŞ), musiqi direktoru Amikaeyla Gastondur (ABŞ).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB