“Yay Festivalı 2018” çərçivəsində “Art Tower” rəssamlıq qalereyasında “Niderland azərbaycanlıların gözü ilə” adlı sərgi keçirilib. SİA-nın məlumatına görə, sərgi Niderland Krallığının Azərbaycandakı səfirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının, Azərbaycan Mədəniyyət Nazirliyinin və Gənclər Şəbəkəsinin birgə təşəbbüsü ilə təşkil edilib.
Sərgidə 13 gənc azərbaycanlı rəssamın Niderlandla bağlı əsərləri nümayiş etdirilib. Onlardan biri - Babək Abdullayev Niderlandın Azərbaycandakı səfiri Onno Kerversin portretini yaradıb.
Tədbirin sonunda səfir Onno Kervers rəssamlara sertifikatlar və mükafatlar təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB