“Əlavə təsir” bədii filminin Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün təqdimatı keçirilib- FOTO

“Əlavə təsir” bədii filminin Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün təqdimatı keçirilib- FOTO
Heydər Əliyev Sarayında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının istehsalı olan "Əlavə təsir" bədii filminə ilk baxış keçirilib. SİA-nın məlumatına görə, film Azərbaycan polisinin xidməti fəaliyyətinə həsr edilib. Daxili işlər orqanlarının əməkdaşları filmin ilk tamaşaçıları olublar.

Təqdimat mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və daxili işlər naziri Ramil Usubov çıxış edərək yaradıcı heyəti təbrik ediblər.

Qeyd edək ki, filmin quruluşçu rejissoru Elxan Cəfərov, ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Aygün Səmədzadədir. Filmdə aktyorlar Əbdülqəni Əliyev, Kənan Mahmudov, Xalidə Quliyeva, Gülzar Qurbanova və başqaları çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə