“Sazın Ədaləti, Ədalətin sazı...”

“Sazın Ədaləti, Ədalətin sazı...”
Dekabrın 7-də, saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında "Sazın Ədaləti, Ədalətin sazı" adlı tədbir keçiriləcək. SİA-nın məlumatına görə, tədbir ustad aşıq, əməkdar incəsənət xadimi Ədalət Nəsibovun yaradıcılığına həsr olunub.

Tədbirdə aşıqlardan Fəzail Misginli, Nemət Qasımlı, Ədalət Dəlidağlı, Azər Xanlaroğlu, Ramin Qarayev, Avdı Musayev, İmaməli Budaqov, Cahangir Quliyev, Vüqar Mahmudoğlu, Bəhmən Göyçəli, İlham Astanbəyli, Fazil Təmiri və digərləri çıxış edəcəklər.

Məlumat üçün bildirək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə