Gənc Tamaşaçılar Teatrının səhnəsində “Mənim ağ göyərçinim” yeni versiyada
Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti yazıçı-dramaturq Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasının yeni səhnə versiyasını yaxın günlərdə teatrsevərlərin ixtiyarına verəcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətindən məlumat verilib.
İlk məhəbbət haqqında iki hissəli lirik dramın yeni səhnə redaksiyasının müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru, xalq artisti Cənnət Səlimova, tərtibatçı rəssamı Gürcüstanın tanınmış rəssamı, Tumanaşvili adına Teatrın baş rəssamı Şota Qlurdjidze, rejissor asissenti əməkdar artist Nofəl Vəliyevdir.
Tamaşanın plastik həlli və rəqslərin quruluşu Vüsal Mehrəliyevə, musiqi tərtibatı isə Vladimir Neverova məxsusdur. Tamaşada istifadə edilən şeirlərin müəllifi Mirzə Ağa Mirzəyevdir.
20 yanvar faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunan tamaşada rolları əməkdar artistlər Rafiq Hüseynov, Rahib Əliyev, aktyorlar İlqarə Tosova (Turan (yaşlı)), Günel Məmmədova (Turan), Mirzə Ağa Mirzəyev (Aqil), Eşqin Quliyev, Elnur Hüseynov (Bəhruz), Zülfiyyə Alhüseynova (Səidə), Nəsibə Eldarova (Zəhra), Kərəm Hadızadə (Qürbət), Anar Səfiyev (Alik), İlham Əsədov (aparıcı-şoumen), Məsumə Babayeva (müəllimə), Sona Babayeva (valideyn) və başqaları bölüşürlər.
Qeyd edək ki, tamaşa 4, 5 və 26 dekabrda saat 19.00-da nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB