İordaniyada “Azərbaycan ənənə və müasirliyin qovşağında” fotosərgisi təşkil olunacaq

İordaniyada “Azərbaycan ənənə və müasirliyin qovşağında” fotosərgisi təşkil olunacaq
İordaniyada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi tədbirlər sırasında "Azərbaycan ənənə və müasirliyin qovşağında" adlı fotosərgi də təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, bu fotosərgidə iordaniyalılar ölkəmizin tarixi və mədəniyyəti, zəngin memarlıq ənənələri, turizm potensialı və təbiət mənzərələri, müasir inkişafı ilə tanış olacaqlar.

Fotoşəkillər bir tərəfdən ölkəmizi hərtərəfli şəkildə göstərməyə, digər tərəfdən isə Azərbaycanda bədii fotoqrafiya sənətinin, professional fotoqrafiyanın inkişafını əks etdirməyə xidmət edir.

Sərgidə nümayiş etdirilən fotoşəkillər əməkdar incəsənət xadimi Leyla Axundzadə, əməkdar rəssam Tahir Məmmədov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Fərid Xayrulin və tanınmış "Yol" jurnalının fotomüxbiri, gənc, istedadlı fotoqraf Emil Xəlilov tərəfindən çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə